Azərbaycanda ev şəraitində 83 uşaq doğulub

   Azərbaycanda ev şəraitində 83 uşaq doğulub
  14 Avqust 2020    Oxunub:3963
“Ev şəraitində doğulan uşaqların müəyyən edilməsi və onların doğumunun qeydə alınması sahəsində vətəndaşlara hüquqi yardım göstərilir”.

Azvision.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.
Onun sözlərinə görə, 2020-ci ilin 6 ayı ərzində ev şəraitində 83 uşaq doğulub:

"Bu rəqəm 2019-cu ildə 148 olub. Onlardan ümumilikdə 139-nun doğumu qeydə alınıb, digərləri barəsində valideynlərinə doğum faktının müəyyənləşdirilməsi ilə bağlı məhkəməyə müraciət etməsinə hüquqi yardım göstərilib”.

Azvision.az


Teqlər: Ev   Uşaq  





Xəbər lenti