“Mercedes”lə qadını vurub öldürdü

“Mercedes”lə qadını vurub öldürdü
  14 Avqust 2020    Oxunub:3204
Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, avqustun 13-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsi ərazisində Bakı şəhər sakini F.Ələsgərov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolun kənarında dayanmış qəsəbə sakini Tərlan Ələkbərovanı vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Piyada  





Xəbər lenti