Şabranda 9 velosipedçi cərimələndi

Şabranda 9 velosipedçi cərimələndi
  14 Avqust 2020    Oxunub:2619
Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində velosipedçilərin hərəkətinin tənzimlənməsi məqsədilə reydlər keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az -a verilən məlumata görə, keçirilən reydlər zamanı avtomobil yollarında hərəkət edərək, qəza şəraiti yaradan velosipedçilər saxlanılaraq barələrində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Günün gündüz və gecə saatlarında keçirilən reydlər nəticəsində qaydalara əməl etməyən 9 velosipedçi barəsində cərimə protokolu tərtib olunub.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti