Salyan və Ağstafada avtomobil yanıb

Salyan və Ağstafada avtomobil yanıb
  13 Avqust 2020    Oxunub:3269
Salyan və Ağstafa rayonlarında avtomobil yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Salyan rayonunda "Ford" markalı yük avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Ağstafa rayonunun Xətai kəndində isə "Ford" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti