Siyəzəndə “Mercedes” və “Ford” toqquşub

Siyəzəndə “Mercedes” və “Ford” toqquşub
  13 Avqust 2020    Oxunub:2928
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Zarat kəndində “Mercedes” və “Ford” markalı iki yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Ford” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: Siyəzən   Qəza  





Xəbər lenti