Payızlıq və yazlıq biçinin statistikası

Payızlıq və yazlıq biçinin statistikası
  13 Avqust 2020    Oxunub:3244
Bu il avqust ayının 10-na olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 968,1 min hektar sahənin 944,4 min hektarı və yaxud 97,6%-i biçilərək məhsulu yığılıb.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sahələrdən 2 mln 903,6 min ton məhsul toplanmış, məhsuldarlıq 30,7 sentnerə bərabər olub. Məhsulun 1 mln 860,2 min tonunu və yaxud 64,1%-ni buğda, 1 mln 018,7 min tonunu (35,1%-ni) arpa, 24,7 min tonunu (0,8%-ni) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

Respublikanın 30 rayonunda və Naxçıvan Muxtar Respublikasında dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 25 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90%-dən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90%-dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Bərdə (1 hektardan 44,1 sentner), Saatlı (müvafiq olaraq 41,6), Sabirabad (41,3), Samux (40,1), Ağdam (40,1), Tərtər (39,6), Salyan (39,6), İmişli (39,1), Tovuz (38,4) və Ağcabədi (37,2) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Şəki şəhərində (199,9 min ton), Cəlilabad (176,6 min ton), Kürdəmir (128 min ton), Neftçala (123,8 min ton), Füzuli (118 min ton), Ağsu (113,7 min ton), Ağcabədi (105,5 min ton) rayonlarında və Naxçıvan Muxtar Respublikasında (118 min ton) müşahidə olunub.

Azvision.az



Teqlər: Əkin   Biçin  





Xəbər lenti