Ağdaşda maska taxmayanlar cərimələndi

Ağdaşda maska taxmayanlar cərimələndi
  12 Avqust 2020    Oxunub:4259
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları koronavirus infeksiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə rayon ərazisində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskadan istifadə etməyən şəxslərə qarşı reyd keçiriblər.

Reyd zamanı bəzi sürücü və sərnişinlərin tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədikləri, ara məsafəsini gözləmədən əyləşdikləri aşkarlanıb.

Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması üçün bu qaydalara riayət etmələrinin vacibliyi onlara bir daha izah edilib. Bununla yanaşı, xəbərdarlıqlara məhəl qoymayaraq, karantin rejiminin tələblərini pozmaqda davam edən bəzi sürücü və sərnişinlər barəsində cərimə protokolları tərtib olunub.

Azvision.az



Teqlər: Ağdaş  





Xəbər lenti