Quldurluq edən dəstənin üzvü saxlanılıb

Quldurluq edən dəstənin üzvü saxlanılıb
  12 Avqust 2020    Oxunub:3242
Binəqədi rayonu ərazisində quldurluq edən dəstənin üzvü olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, iyulun 22-də Biləcəri qəsəbəsi ərazisində “Chevrolet” markalı avtomobilin sürücüsü H.Məmmədovu bıçaqla hədələyib baş nahiyəsinə xəsarət yetirərək nəqliyyat vasitəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən qrupun digər üzvü B.İsbəndiyarov Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti