Evdə köməksiz qalan şəxslər xilas edildi

Evdə köməksiz qalan şəxslər xilas edildi
  12 Avqust 2020    Oxunub:2760
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə  





Xəbər lenti