Tibbi maska taxmayanlar cərimələndi

Tibbi maska taxmayanlar cərimələndi
  12 Avqust 2020    Oxunub:2784
Cəlilabadda tibbi maskadan istifadə etməyənlər cərimələnib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qapalı məkanlarda, xüsusilə market və digər ticarət obyektlərində keçirilən tədbirlər zamanı vətəndaşların əksəriyyətinin tibbi maska ilə bağlı tələbə riayət etdiyi görünsə də qaydalara, özünün və ətrafdakıların səhhətinə qarşı laqeydlik göstərənlərə də rast gəlinib.

Reyd zamanı müştərilərlə yanaşı bəzi satıcıların da tibbi maskadan istifadə etmədiyi aşkar olunub. Bəzi şəxslərin isə tibbi maskanı tənəffüs yollarını örtəcək şəkildə istifadə etmədiyi, əlində gəzdirdiyi və yalnız polis əməkdaşlarını gördükdə istifadə etdiyi müəyyən edilib. Onlarla profilaktik söhbətlər aparılıb və bir daha koronavirus xəstəliyinin fəsadları barədə məlumat verilib.

Polis əməkdaşları tərəfindən edilən profilaktik söhbətlərə və xəbərdarlıqlara rəğmən qaydaları pozan şəxslər barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilib və onlar cərimələniblər.

Azvision.az




Teqlər: DİN  





Xəbər lenti