Biləsuvarda karantini pozan 35 nəfər cərimə edilib

  12 Avqust 2020    Oxunub : 2171
Biləsuvarda karantini pozan 35 nəfər cərimə edilib
Koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki market və digər ticarət obyektlərində və əhalinin sıx olduğu yerlərdə nəzarət-profilaktiki reydlər keçirib.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, tədbirlərdə tənəffüs yollarını qoruyan fərdi qoruyucu vasitələrdən, yəni tibbi maskalardan istifadə etməyən şəxslərə mövcud sanitar-epidemioloji tələblər izah olunub.

Reyd zamanı rayon ərazisində sanitar-karantin qaydalarını pozan 35 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlar cərimə ediliblər. Biləsuvar rayonu ərazisində nəzarət-profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiləcək.

Azvision.az

Teqlər: DİN   Karantin