Neftçala və Qubada ev yanıb

  11 Avqust 2020    Oxunub : 2317
Neftçala və Qubada ev yanıb
Neftçala rayonunun Aşağı Qaramanlı kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Həmçinin, Quba rayonunun Rustov kəndində ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 40 m² olan talvarın lambirindən ibarət tavanı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Ev