Hindistanda COVID-19 fəlakəti - 45 mindən çox insan ölüb

  11 Avqust 2020    Oxunub : 1859
Hindistanda COVID-19 fəlakəti -  45 mindən çox insan ölüb
Hindistanda son sutka ərzində 53 min 601 nəfər koronavirusa yoluxub, 871 ölüm faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə Hindistanın Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, virusa yoluxanların ümumi sayı 2 milyon 268 min 675 nəfərə çatıb. İndiyədək 45 min 257 pasiyent pandemiyanın qurbanı olub, 1 milyon 583 min 489 nəfər xəstəlikdən sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxma hallarının sayına görə dünyada üçüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan