​Bakıda qadına qarşı quldurluq edildi

​Bakıda qadına qarşı quldurluq edildi
  25 İyul 2020    Oxunub:5145
İyulun 22-də saat 21 radələrində Nəsimi rayonu ərazisində bir nəfərin Hacıqabul rayon sakini G. Alıkişiyevanın əlinə bıçaqla xəsarət yetirərək mobil telefonunu alması barədə 19-cu Polis Şöbəsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Biləsuvar rayon sakini R. Əsədov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti