İki gün əvvəl oğurlanan maşın Qalada tapıldı

İki gün əvvəl oğurlanan maşın Qalada tapıldı
  25 İyul 2020    Oxunub:5309
İyulun 23-də Bakı şəhər sakini S. Məlikova məxsus "Hyundai" markalı avtomobilin Xətai rayonu ərazisindən qaçırılması barədə 35-ci Polis Bölməsinə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R. Rzayev Qala qəsəbəsi ərazisində avtomobili idarə edərkən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti