Hərbi çağırğış yaşı artacaq?

Hərbi çağırğış yaşı artacaq?
  19 Yanvar 2014    Oxunub:1061
Müdafiə Nazirliyindən hərbi xidmətə çağrış üçün yaş həddinin artırılması ilə bağlı məsələyə aydınlıq gətirilib.

AzVision.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən ANS PRESS-in sorğusuna cavab olaraq verilən məlumata görə, hərbi xidmətə çağrış yaş həddinin müəyyənləşdirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir. Nazirlikdən bildiriblər ki, bununla bağlı hər hansı dəyişikliyin edilməsi Milli Məclisin səlahiyyətləri çərçivəsindədir.

Müdafiə Nazirliyindən gələcəkdə hərbi hissələrin ləğv olunması məsələsinə də aydınlıq gətirilib: "Hazırda bəzi hərbi hissələrin təşkilat-ştat strukturunun optimallaşdırılması həyata keçirilir".

Nazirlik məktəblərdə keçirilən hərbi dərslərlə bağlı dəyişiklik edilməsi məsələsinə də münasibət bildirib. Nazirlikdən verilən məlumata görə, məktəblərdə hərbi dərslərin keçirilməsində dəyişkilik edilməsi məsələləri iləTəhsil Nazirliyinə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məşğul olur.


Teqlər:  





Xəbər lenti