“Eyni ssenarini Aprel döyüşlərində də gördük” - Hikmət Hacıyev

“Eyni ssenarini Aprel döyüşlərində də gördük” -  Hikmət Hacıyev
  16 İyul 2020    Oxunub:4010
"Hərbi avantüraya görə Ermənistan rəhbərliyi öz xalqına cavab verməlidir. Çünki onlar öz itkilərini gizlədirlər".
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, bu itkilərə görə məsuliyyət Ermənistanın siyasi hərbi rəhbərliyinin üzərinə düşür.

“Ermənistan tərəfi hərbi, diplomatik, informasiya müstəvisində uğursuzluğa düçar olanda, onlar mülki obyektləri və mülki insanları hədəfə almağa başlayırlar. Artıq mülki insanlar sırasında 76 yaşında vətəndaşımızın həlak olması faktı var. Bu faktlar hamısı qiymətləndirilir. Eyni ssenarini Aprel döyüşlərində də gördük. Bunlar qiymətləndiririlir və vahid məcmu halına salınıb BMT-nin aidiyyatı strukturlarına və beynəlxalq ictimaiyyətə çatdırılır. Hesab edirik ki, Ermənistanın törətdiyi bu əməllər ilk növbədə beynəlxalq hüququn, Cenevrə Konvensiyasının və bundan irəli gələn digər hüquqi sənədlərin kobud şəkildə pozulmasıdır ki, beynəlxalq ictimaiyyətin diqqətinə bu məqamlar bir daha çatdırılır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev  





Xəbər lenti