Slavyan Universitetində `wikipedia` layihəsi

Slavyan Universitetində `wikipedia` layihəsi
  18 Yanvar 2014    Oxunub:1894
Bakı Slavyan Universitetində “VikiUniversitet” layihəsi həyata keçirilir.
Bakı Slavyan Universitetində (BSU) “VikiUniversitet” layihəsi həyata keçirilir.

AzVision.az xəbər verir ki, BSU-dan AzərTAc-a bildiriblər ki, Vikipedia – 100-dən artıq dildə olan məqalələrdən ibarət açıq ensiklopediyadır.

Dünyada qazandığı inanılmaz populyarlıq nəticəsində bu rəqəm sürətlə artmaqdadır. İşlək dillərin arasında Azərbaycan dilinin də olduğuna baxmayaraq, təəssüf ki, ensiklopediyanın ana dilimizdə olan hissəsi bir sıra digər dillərdən kasıbdır. Vikipedianı digər internet ensiklopediyalardan fərqləndirən cəhət onun prinsip etibarilə redaktə oluna bilməsidir. Vikipedia dünyanın ən populyar 5 saytı sırasına daxildir.

Bu günlərdə BSU-da “VikiUniversitet” layihəsinə start verilib.

Layihənin məqsədi bu ali təhsil ocağında keçirilən konfranslar, professor-müəllim heyətinin elmi və tədris fəaliyyəti, universitetdə dərc olunan elmi-ədəbi jurnallar və maraqlı görüşlər haqqında məlumatların toplanaraq wikipedia.org onlayn ensiklopediyasında yerləşdirilməsi və bu ensiklopediyada Azərbaycana dair digər vacib məlumatların genişləndirilməsidir.

Layihə çərçivəsində BSU-nun VikiUniversitetində fəaliyyət göstərən müxtəlif fakültələrin tələbələri, gənc alimləri, professor-müəllim heyəti respublikamızın digər elmi-tədris qurumları və ilk növbədə, Azərbaycan Milli Elmlər Akademiyası ilə sıx əməkdaşlıq etməyi nəzərdə tutur.


Teqlər:





Xəbər lenti