"Azəriqaz" yeni sayğacların sınağına başlayır - VİDEO

"Azəriqaz" yeni sayğacların sınağına başlayır -    VİDEO
  09 İyul 2020    Oxunub:3091
Almaniyanın "Zenner" şirkətinin istehsalı olan smart kart tipli müasir sayğacların 200 ədədi Azərbaycana gətirilib.
"Azəriqaz" İB-dən Azvision.az -a verilən məlumata görə, yaxın günlərdə pilot layihə çərçivəsində bu sayğacların test sınaqlarına başlanılacaq.

Hər bir sayğacın kartı üzərində gələcək. Qurğu abonentin ünvanında quraşdırılarkən, kartın tanıdılması yerində icra ediləcək və abonent "ASAN xidmət" və ya "ASAN kommunal" mərkəzlərinə cəmi bir dəfə - məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək. Bununla da hazırda abonentlərin qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq.



Yeni qaz ölçü qurğusunun menyusunda əməliyyatlar sadələşdirilib. Bütün əməliyyatlar iki toxunuşlu (sensor) düymə vasitəsi ilə aparılır. Məsələn, balans artırılarkən, "A" düyməsi basılır, kart sayğaca yaxınlaşdırılır və "B" düyməsi basılmaqla vəsait sayğaca yüklənilir.

Bundan başqa əvvəlki smart kartlardan fərqli olaraq yeni sayğacların kartlarında məbləğ qaldığı halda belə 5 dəfə ardıcıl yükləmə aparmaq mümkündür.

Kredit qaz həcminin alınması da sadə üsulda icra edilir. Menyuda uyğun bölmə seçildikdən sonra bir toxunuşla kredit götürülür və dərhal sayğacın klapanı açılır. Bunun üçün başqa menyulara daxil olub hər hansı əlavə əməliyyat yerinə yetirilmir. Daha bir fərqli cəhət, klapanın açılması üçün əvvəlki sayğaclardakı kimi kipliyə yoxlanışa tələb olunan 190 saniyə geri sayım bu sayğaclarda yoxdur.

Yeni smart kartlar əməliyyatların arxivləşmə mənbəyi kimi də mühüm rola malikdir. Belə ki, smart kart həm ödəniş və borclar, həm də nasazlıqlar barədə mərkəzi bazaya məlumatların ötürülməsi üçün əsas vasitə olacaq.

Azvision.az


Teqlər: Azəriqaz   Sayğac   Smart  





Xəbər lenti