Tramp ÜST-dən çıxmaq barədə Konqresə bildiriş göndərdi

  08 İyul 2020    Oxunub : 2242
Tramp ÜST-dən çıxmaq barədə Konqresə bildiriş göndərdi
ABŞ Prezidenti Donald Tramp Konqresə ölkənin Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) çıxması ilə əlaqədar rəsmi bildiriş göndərib.
Azvision.az xəbər verir ki, bu barədə senator Bob Menendes “Twitter”də yazıb.

Konqres pandemiyanın qaynar vaxtında Prezidentin ABŞÜST-dən rəsmən çıxarması barədə bildiriş alıb", - deyə Menendes bildirib.

Onun sözlərinə görə, Trampın bu addımı amerikalıların həyatını və maraqlarını qorumayacaq. Prezidentin xaotik və tutarsız hərəkətləri nəticəsində Amerika "xəstə və tək qalacaq".

BMT Baş katibinə də bu haqda məlumat verilib, qərar 6 iyul 2021-ci ildə qüvvəyə minəcək.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: BMTBaşkatibi