Ötən il dövlət qulluğu imtahanlarının rəsmi STATİSTİKASI

Ötən il dövlət qulluğu imtahanlarının rəsmi STATİSTİKASI
  16 Yanvar 2014    Oxunub:1389
Ötən il 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün elan edilmiş müsabiqələrin test imtahanı mərhələsi başa çatdı.

2013-cü il oktyabrın 4-də, 25-də, noyabrın 5-də və 20-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 99 dövlət orqanında inzibati vəzifələrin beşinci–yeddinci təsnifatlarına uyğun olan 1065 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan etdi.

Komissiyadan AzVision.az -a bildirilib ki, müsabiqədə iştirak etmək üçün 2325-i qadın olmaqla 6406 namizəd qeydə alınıb.

Namizədlərin 81,7 faizini gənclər təşkil etmişdir. 2156 namizəd imtahanda iştirak etməyib. Test imtahanı mərhələsində iştirak edən namizədlərdən 453-ü qadın olmaqla 1374 nəfəri qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurub. Test mərhələsini uğurla keçənlərin 86,17 faizini gənclər təşkil edib. Bu mərhələdə uğur qazanan 373 nəfər 5-ci, 746 nəfər 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb. Beşinci təsnifat inzibati vəzifələrə iddia edən 255 nəfər uğur qazana bilməsə də, 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələr üzrə keçid balını toplayıb.

Hər bir namizədə test imtahanını bitirdiyi an nəticələri əks etdirən arayış təqdim edilmişdir. Nəticələr komissiyanın rəsmi internet saytında yerləşdirilib.

Müsabiqənin müsahibə mərhələsi ötən il dekabrın 23-də başlayıb. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Səhiyyə Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dövlət Dəniz Administrasiyası və Şəki Apelyasiya Məhkəməsi üzrə keçirilən müsahibələr başa çatıb. Beş dövlət orqanı üzrə müsahibə mərhələsində iştirak etmək üçün 28 namizəd qeydə alınıb. Onlardan 9-u müsahibədən uğurla keçib, 19-u vəzifəyə uyğun hesab edilməyib, 2-si isə bu mərhələdə iştirak etməyib.


Teqlər:  





Xəbər lenti