“Ordumuzun döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib” - Spiker

 “Ordumuzun döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib” -    Spiker
  25 İyun 2020    Oxunub:2440
Azərbaycan Silahlı Qüvvələri son illərdə böyük inkişaf yolu keçib. Həyata keçirilən islahatlar nəticəsində Ordumuzun maddi-texniki təchizatı gücləndirilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova deyib.

Parlament sədri qeyd edib ki, Ordumuzun döyüş qabiliyyəti və peşəkarlığı yüksəlib:

"Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. Qarşısında duran istənilən vəzifəni icra etməyə hazırdır. Biz 2016-cı ilin şanlı Aprel zəfərində bir daha bunun şahidi olduq. Azərbaycan xalqı Ordumuza böyük inam və rəğbət bəsləyir, qürur duyur. 26 iyun - Azərbaycan Silahlı Qüvvələri günü münasibətilə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin bütün şəxsi heyətini, xalqımızı təbrik edirəm".

Anar Kəlbiyev
Azvision.az






Teqlər: Milli-Məclis  





Xəbər lenti