Səhiyyə Nazirliyində korrupsiya müşavirəsi

Səhiyyə Nazirliyində korrupsiya müşavirəsi
  15 Yanvar 2014    Oxunub:921
Bu gün Səhiyyə Nazirliyində müşavirə keçirilib. Müşavirəyə rəhbərlik edən nazir müavini Elsevər Ağayev ölkə rəhbərinin xüsusi diqqət yetirdiyi korrupsiyaya dair mübarizə işi, habelə acıq hökumətin təşviqi məsələlərinə dair hər il Səhiyyə Nazirliyində müxtəlif tədbirlərin həyata keçirildiyini və görülmüş işlərlə əlaqədar müvafiq plan hazırlanaraq dövlətə hesabat verildiyini qeyd etdi.

E. Ağayevin sözlərinə görə, istər korrupsiya ilə mübarizə məsələlərində, istərsə də digər tədbirlər planına salınmış məsələlərlə əlaqədar dövlət qurumlarına hər il müvafiq tapşırıqlar verilir, hesabatlar tələb olunur və çatışmazlıqlarla əlaqədar tədbirlər görülür. Səhiyyə sektoru da bu mövzudan kənarda qalmayıb. Görülən çoxsaylı işlərə rəğmən bəzi çatışmazlıqlar var. Bu baxımdan da hər ilin əvvəlində, yaxud da ilin sonunda görülmüş və görüləcək işlərə dair Səhiyyə Nazirliyi iş planını dövlətə təqdim edir.

Hazırda “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə Milli Fəaliyyət Planı”nın icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2014-cü il üçün iş planı hazırlanır.

Müşavirə iştirakçılarına müvafiq tapşırıq və tövsiyələr verildi, plandan irəli gələn bir sıra məsələlər müzakirə olundu.


Teqlər:  





Xəbər lenti