Azərbaycanda 5 minə yaxın televiziya işçisi var

Azərbaycanda 5 minə yaxın televiziya işçisi var
  24 İyun 2020    Oxunub:2004
2020-ci ilin aprel ayına olan məlumata görə, Azərbaycanın audiovizual industriyasında 7500-dən çox işçi qüvvəsi çalışır.
Azvision.az xəbər verir ki, bu barədə Milli Televiziya və Radio Şurasının məlumatında qeyd olunub.

Bildirilib ki, onlardan təxmini 4800 nəfəri televiziya işçisi kimi, 2000-dən çox insan ödənişli televiziya operatorlarının əməkdaşı, 400-ə yaxın şəxs isə radio sahəsi əməkdaşı kimi fəaliyyət göstərir. Televiziya və radio sahəsində işləyən 600-ə yaxın əməkdaş regionlarda yaşayır və işləyir.

Əvvəlki illərdə olduğu kimi, dövlət və özəl sektor maarifləndirici və informasiya yayımları həyata keçirən telekanallara, o cümlədən, regional telekanallara dəstək göstərməkdə davam edir.

Dörd televiziya kanalının gəlirləri tam olaraq, daha iki kanalın gəlirləri isə qismən kommersiya reklamının satışından əldə olunan gəlirlər hesabına formalaşır.

Azvision.az


Teqlər: MTRŞ   Televiziya  





Xəbər lenti