Ağdaş və Göyçay sakinləri fasiləsiz elektrik enerjisi ilə təmin olunur

Ağdaş və Göyçay sakinləri fasiləsiz elektrik enerjisi ilə təmin olunur
  13 Yanvar 2014    Oxunub:1323
Ağdaş və Göyçay elektrik şəbəkələri üçün nəzərdə tutulan tədbirlərin icrası başa çatıb.
AzVision.az xəbər verir ki, “Qəbələ” Regional Elektrik Şəbəkəsi (REŞ) MMC-nin tərkibindəki Ağdaş və Göyçay elektrik şəbəkələri üçün nəzərdə tutulan tədbirlərin icrası başa çatıb. Hazırda istehlakçılar fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunurlar.

“Azərenerji” ASC-dən AzərTAc-a bildiriblər ki, ötən aylar ərzində Ağdaş EŞ şəbəkəsi üzrə bütün 110 kilovoltluq və 35 kilovoltluq yarımstansiyalarda, 46 transformator məntəqəsində əsaslı və cari təmir işləri aparılıb. Kənd yaşayış məntəqələrində də müxtəlif gücə malik transformatorlar əsaslı təmir olunan, yeni tikilən məktəblərin enerji təchizatı təmin edilib.

Analoji işlər “Göyçay” EŞ Müəssisəsində də davam etdirilib. Burada elektrik enerjisi istifadəçiləri fasiləsiz, dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilmiş, istehlak olunan enerji haqqının toplanması istiqamətində təşkilati və texniki tədbirlər həyata keçirilib. Qəza və imtina hallarının minimuma endirilməsi üçün təmir-profilaktika işi gücləndirilib.


Teqlər:





Xəbər lenti