Mikayıl Cabbarov yeni tapşırıqlar verdi
AzVision.az-ın məlumatına görə, qəbulda vətəndaşlar, əsasən müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, məktəb binalarının inşası, ümumi təhsil müəssisələrinin internetlə təminatı, təhsil sənədlərinin tanınması, işə bərpa olunma, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil formasının dəyişdirilməsi, bərpası, təhsil haqqı, xaricdə təhsil, xüsusi təyinatlı ali məktəblərdən səhhətinə görə xaric olunmuş şəxslərin təhsilini davam etdirməsi, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində yarımçıq qalmış təhsil, ümumi təhsil məktəblərinin və ali təhsil müəssisələrinin rəhbərlərindən şikayət və digər məsələlərlə əlaqədar müraciət ediblər.
Qəbulda 62 vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.
Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.
AzVision.az
Teqlər: