Zaur Həsənovla bağlı yeni AÇIQLAMA

Zaur Həsənovla bağlı yeni AÇIQLAMA
  10 Yanvar 2014    Oxunub:1114
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası özünü yandıraraq vəfat etmiş Qarabağ qazisi Zaur Həsənov olayı ilə bağlı yeni məlumat yayıb.
AzVision.az xəbər verir ki, məlumata görə, Qarabağ qazisi Zaur Həsənov özünə qəsd edəndən sonra onu bu addımı atmağa vadar edən əsas səbəb kimi sökülmüş kafenin inşasına banklardan külli miqdarda borc götürülməsi göstərilib. İaşə obyekti sökülüb, banklardan götürülmüş vəsait geri qaytarılmayıb, bank faizləri artıb. İlk baxışda tutarlı səbəblərdir, hətta bankların mərhumun mülkünə əl qoyması da söylənilib. Amma dəqiq məbləğ heç kim tərəfindən açıqlanmayıb. Bu günlərdə əldə edilmiş rəsmi bir sənəd bu müəmmaya aydınlıq gətirir. «Edis Qroup» şirkəti 2011-ci il avqust ayında Azərbaycan Respublikası Ali Məhkəməsinə əlavə kassasiya şikayəti verib.

“04.07.2011-ci ildə Həsənov Zaur bizim şirkətə mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi ilə əlaqədar müraciət edəndə, yalnız onda yuxarıda qeyd etdiyimiz məhkəmələr qərarlarından xəbər tutduq. Mübahisəli obyekti bizim şirkət tikib, bütün xərcləri bizim şirkət çəkib, obyekt bizim balansımızdadır, bizim işçilərin istirahət obyekti kimi işə salınıb. Lakin heç bir məhkəməyə bizi cavabdeh qismində cəlb etməyiblər, obyektə baxış keçirməyiblər. 70,0 kv metr ərazi bizim pulumuzla zibildən təmizlənib, qum tökülüb, ağaclar əkilib, abadlıq işləri aparılıb. Həmin ərazidə Qarabağ əlili Həsənov Zaur və digər 15 Qarabağ əlili ailələri ilə birgə dolanırlar”.

Məlum olur ki, Bibi-Heybət qəsəbəsi, “Şıx” sanatoriyasının ərazisində yerləşən çayxananın faktiki qeyri-rəsmi sahibi “Edis Qroup” şirkəti olub. Yuxarıda Ali Məhkəmənin Plenumuna kassasiya şikayəti verərək həmin çayxananın yerinin şirkət tərəfindən təmir olunub abadlaşdırılması və müvafiq tikintinin aparılması qeyd edilib. Eyni zamanda çayxananın həmin şirkətin balansında olması haqqında məhkəməyə müvafiq sənədlər də təqdim edib. “Edis Qroup” şirkətinin rəhbəri Məmmədov S.A. tərəfindən verilən kassasiya şikayətində göstərilib ki, çayxananın faktiki sahibi onun şirkətidir, Z. Həsənov və digər 15 Qarabağ əlili ailəsi ilə birgə oradan dolanırdılar.

Həmçinin o da qeyd edilib ki, Bibi-Heybət Bələdiyyəsi tərəfindən çimərlik zonasında 70 kv.m. torpaq sahəsi 08.04.2005-ci il tarixli, 25 saylı icarə müqaviləsi ilə Həsənov Zaur Həsən oğluna 10 illik istifadəyə verilib. 2008-ci ildə Z.Həsənov “Edis Qroup” şirkətinə daxil olandan sonra zibillərin çıxarılması, abadlıq işlərinin görülməsi, işçilərin istirahəti ilə bağlı tikinti aparılması, ağacların əkilməsi və s. üçün şirkət bütün xərcləri özü çəkmiş, tikintini isə öz balansına qəbul edib. Bu sahə ilə bağlı məhkəmə mübahisələrinin olduğundan isə Həsənov Zaur mübahisəli tikinti ilə bağlı sənədlərin verilməsi üçün şirkətə müraciət edəndə xəbər tutublar. Əlavə kassasiya şikayətində göstərilənlərdən belə məlum olur ki, çəkilən xərclərin Zaur Həsənova heç bir aidiyyəti olmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti