Dünyada pandemiya qurbanlarının sayı 241 mini keçdi

  Dünyada pandemiya qurbanlarının sayı 241 mini keçdi
  03 May 2020    Oxunub:4038
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 435 min 732 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 241 min 482 nəfərdir. İndiyədək 1 milyon 97 min 509 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti