ABŞ-da bir gündə 34 min nəfər koronavirusa yoluxdu

ABŞ-da bir gündə 34 min nəfər koronavirusa yoluxdu
  02 May 2020    Oxunub:3308
ABŞ-da son 24 saat ərzində 34 min 37 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, eləcə də media və digər açıq mənbələrin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti açıqlama yayıb.

Bildirilir ki, Birləşmiş Ştatlarda yoluxma sayı 1 milyon 100 min nəfəri keçib. Koronavirus qurbanlarının sayı isə 1947 nəfər artaraq 65 minə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ  





Xəbər lenti