İsraildə daha 51 nəfər COVİD-19-a yoluxub

İsraildə daha 51 nəfər COVİD-19-a yoluxub
  02 May 2020    Oxunub:3540
İsraildə son sutka ərzində daha 51 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İsraildə virusa yoluxanların ümumi sayı 16 min 152-yə çatıb. Koronavirus qurbanlarının sayı isə 2 nəfər artaraq 227-yə yüksəlib. Bu günədək 9400 nəfər sağalıb, 107 xəstənin vəziyəti ağırdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İsrail   virus  





Xəbər lenti