“Ərəb baharı”nın “çiçəkləri” – DOSYE

“Ərəb baharı”nın “çiçəkləri” – DOSYE
  06 Yanvar 2014    Oxunub:2992
Yaxın Şərqdəki dini qruplaşma və cərəyanların fikir və hədəflərinə qısa da olsa nəzər salmaqda davam edirik.

Əvvəli burada


4) Cihad: Bu qrupun düşüncələrinin əsasını da Seyyid Kutubun fikirləri təşkil edir. 1953-1966-cı illər, Kutubun fikirlərinin Misirə təsir etdiyi dövrlərdir. Bu dövr eyni zamanda “İxvan” hərəkatının qarşılaşdığı cətin bir dövrdür. Belə bir dövr özü ilə birgə, “tağutlara qarşı cihad” fikrini də gətirdi. “Cihad” qrupu ilk ayaqlanmasını Salih Səriyyenin rəhbərliyi ilə 1974-cü ildə hərb məktəbinə qarşı gerçəkləşdirdi. Bu hadisə zamanı 90-dan çox qrup üzvü həbs edildi. Salih Süreyya bə bir neçə silahdaşı edam edilir. Lakin bütün bunlara rəğmən, qrup yenə faəliyyətini davam etdirir.

1980-ci ildə Xalid İslambuli tərəfindən Ənvər Sadatın öldürülməsi, qiptilərdən birinə aid meyxananın yandırılması, bir kilsənin uçurulması, bir çox yerdə təhlükəsizlik gücləri ilə qaşıdurmalara girməsi ilə qrup saysız hadisələrə də qatıldı. “Cihad”ın görüşləri qismən Salih Seriyyəyə, qismən də Abdussəlam Fərəcə aiddir. Hər ikisinə görə, toplum - cahil bir toplumdur. Onların düşüncəsinə görə, cihad var və fərzdir. Salih Seriyyənin ümumiyyətlə bu qrupun formalaşmasında böyük əhəmiyyəti olub. O, hərbi məktəbdə təhsil alan tələbələrin çoxunu öz tərəflərinə çəkib, Kutubun fikirləri ilə yetişdirərək fəaliyyət göstərirdi. Lakin Seriyyenin topluma baxışı Kutubdan fərqlənirdi.

O, hesab edirdi ki, toplum sistemin ümidinə buraxılmış bir çoxluqdan ibarətdir. “Cihad”çıların fikrincə, dini lider və rəsmi din adamları əsrlərdir zalım və kafirlərlə müttəfiq olaraq İslamın ən vacib dirəyi olan cihadı xalqa unutdurublar. Bu səbəbən də, cihad ideyasını yenidən qaldırmaq fərzdir, silahlı mücadilə isə qaçınılmazdır. Onların düşüncəsinə görə, bu səbəbdən “qəhrəman Halid İslambuli, Ənvər Sadatın daha artıq zülm və despotluğuna dözməyərək, alim Ömər Əbdürrəhmandan Sadatın qətli ilə bağlı fitva alaraq, hərbi keçid zamanı kortejinin tam qarşısında durub və onun həyatına son verib”. Hazırda təbliğat və yayın sahələri istisna olmaqla, başqa istiqamətlərdə fəaliyyətləri görünmür.

5) Sələfilər: “İxvan”da parçalanmalar nəticəsində yaranan və özü haqqında son 20 ildə ən çox söz etdirən hərəkat “Sələfilər”dir. Sələfilər, “qardaşlar”dan çıxmalarına rəğmən, ən çox onlarla rəqib müstəvidə dururlar. Misirdəki son siyasi proseslər də bunun əyani sübutudur. Onlar, inanc, yaşam və digər məsələlərdə sələfi bir kimliyə dayandıqlarından bu adla çağrılırlar. Bir başqa ifadə ilə desək, ənənəvi islami mədəniyyətə radikal bağlılıqla seçilirlər. Fiqhi nöqteyi nəzərdən onlar özlərini Əhməd ibn Hənbəli başlatdığı, lakin sonradan İbn Teymiyyə və İbn əl-Qayyimin müəyyən dəyişikliklərlə davam etdirdiyi klassik məktəbin davamçıları hesab edirlər.

Vurğulamaq istərdik ki, 18-ci əsrdə Ərəb yarımadasında Osmanlıya qarşı ingilislərlə işbirliyinə gedən və bu günki Səudiyyə Ərəbistanının rəsmi dini düzəni sayılan vəhhabiliyin əsasını qoymuş Muhamməd ibn Abdulvahhab da bu düşüncənin təmsilçisi idi. Sələfi axını 300 ilə yaxındır ki, tam mənası ilə Səuduyyə Ərəbistanında böyük təsir gücünə malik ideoloji axındır. XX əsrin ortalarında bu ideya tərəfdarları Misirə keçdikləri zaman, “İxvan”ın timsalında özlərinə müttəfiq görürlər. Lakin düzənə baxışda prinsipial fərqlər bu bərabərliyi uzun sürdürmür.

70-ci illərdə aralarında çıxan şiddətli və bəzən hətta zorakılıqla müşayət olunan qarşıdurmalar, “qardaşlar”la “sələfilər”in yollarını nəinki ayırır, hətta onları Ərəb dünyasında iki başlıca rəqib düşərgəyə çevirir. Sələfilərin inanc məsələsində təməl əsaslandıqları kitab “Akidetu-t- Tevhid” adlanır. Bu axının təməl qavramları əqidə və dəvətdir. Onlara görə, İman yalnız təsdiq və əməllə gerçəkləşir. Allahın hökmlərindən xaric, başqa qaydalarla hökm etmək insanı dindən çıxardır.

Axının liderlərindən Abdürrahman Abdul Haluk deyir: “İslami olmayan hər yol, inanc və metod batildir. Müsəlmana vacib olan isə bütün batil yollardan uzaq durmaq və tağutlara qarşı çıxmaqdır. Kafirlərin müsəlmanlara yardımını qəbul etmək küfrdür”. Lakin maraqlı orasıdır ki, nədənsə hamiləri olan Səudiyyə Ərərbistanının ABŞ ilə həm ticari, həm də siyasi nöqteyi nəzərdən son dərəcə yaxın münasibətləri, sələfiləri rəndicə etmir. Əslində sələfilərin öz içində daha radikal yanaşma “xəvariclər”ə aiddir. Cuheyman Əl-Uteybinin liderliyi ilə təşkilatlanan bu qanad, yeni sələfi hərəkatı kimi xarakterizə oluna bilər. Əl-Uteybi 1979-cu ildə baş vermiş məşhur Məscid-i Haram hadisəsini gerçəkləşdirdiyində, digər hərəkat liderlərinin şiddətli tənqidinə məruz qaldı. Sələfi liderlər, hətta baş verənlərin onlarla bir əlaqəsi olmadığını önə sürərək, “xarici bir hərəkat” kimi açıqladılar.

Cuheyman hərəkatı düzənlə çalışmağa qarşı çıxır, hökumətdə vəzifə almağı “haram” sayır, üzərində şəkil olması səbəbi ilə passport, pul və şəxsiyyəti təsdiq edən sənəd daşımağı “günah” hesab edir, televiyaya baxmağı, təhsil müəssisələrinə qəbul olunmağı “haram” qəbul edirlər. Bu kimi düşüncələrinə görə bu qrup, sələfilər tərəfindən ayrılıq salan, bidətçi, hətta Hz. Əlinin (r.a.) ordusundan ayrılan Xaricilər kimi görülməkdədir. Sələfilərlə xavariclər arasında təməl fərqlərdən biri də cihada münasibətlə bağlıdır. Sələfilərə görə, idarə edən zümrə namaz qıldıqları müddət ərzində təkfir edilə bilməzlər. Bu məsələdə onlar, “Aranızda namazı iqamə etdiyi müddətcə...” hədisinə istinad etməkdədirlər. Bu səbəblə rəsmi ideologiyaqa qarşı cihad açmağı doğru hesab etməyərək, digər axınla bir ixtilaf nöqtəsindədirlər. Belə ki, sələfilərin fikrincə, Mehdi (a.s.) gəlməyənədək, cihad mötəbər deyil. Lakin bununla belə sələfi hərəktının daxilində zamanında Əfqanıstan cihadını uyğun görənlər olduğu kimi, müttəfiq və hami olan Suud idarəçiliyi tipli ölkələrlə bir sırada yer alaraq cihad etməyi də uyğun görənlər mövcuddur.

6) Əl-Cəmaatül-İslamiyyə: Bu qrup əsasən konfranslar, həcc və ümrə səfərləri, ali məktəb tələbələri ilə müxtəlif ictimai-mədəni tədbirlə təşkil etməklə məşğuldur. Ənənəvi seçim, ayrılma və müstəqil olmaq üzərə üç inkişaf mərhələsindən keçib. Son mərhələ cəmaətin düşüncə sisteminin formalaşması və qrupun aktiv olaraq ortaya çıxdığı dönəmdir. Bir çox konfrans, yayin və nəşrlərlə öz fikirlərini yayırlar. “İxvan”dan ayrılsalar da, onlarla sıx münasibətdədirlər. Keçirdikləri konfranslarda əsas dəvətlilər məhz “İxvan” mənsubları olur. Yusuf əl-Kardavi, Muhamməd Qazali kimi “İxvan” liderlərinin cəmaət işində böyül nüfuzu var. Məsələn, Kardavi camaatın öndəriyində Abidin Meydanında qılınan mbayram namazına imamlıq edib və ya həm Kardavi, həm Qazali dəfələrlə qrupun təşkil etdiyi konfranslarda baş çıxışçı kimi iştirak ediblər. Bunun təsiri olmalıdır ki, qrup öz daxilində “İxvan”, “Cihad” və “Sələfi” tərəfdarlarına bölünüb. “Cəmaəti İslamiyyə” də digər qruplar kimi bir çox həbs və sıxıntılarla üzləşsə də, fəaliyyətini davam etdirməkdədir. Bu qanadın lideri olmuş Ömər Abdurrahman, Sadatın qətli hadisəsində həbs edilmişdi.



Mübarəkdən Mursiyə gedən yol

1980-ci illərdən etibarən hərəkat təkrar canlanır. Misirdə “İxvan”ın radikal qanadı Muhamməd Hüsnü Mübarek iqtidarı tərəfindən sərt şəkildə zərbə alaraq sıradan çıxarılsa da, sivil qurumları getdikcə daha böyük nüfuz qazanmağa başlayırlar. 2005-ci il parlament seçkilərində siyasi olaraq qadağan edilməsinə rəğmən, müstəqil olaraq seçkilərə qatılan 88 namizədi millət vəkili kürsüsü (səslərin 20 faizi) əldə edir.

Təşkilatın gücü və nüfuzu 2010-ci ilin sonunda başlayan “ərəb baharı” dalğası ilə təkrar gündəmə gətirildi. 2010-cu ildə Tunisdə, 2011-ci ildə Misirdə və İordaniyada baş verən mitinglərdə aparıcı rola malik olublar.

2011-ci il “Ərəb baharı” ilk növbədə nəticə etibarı ilə “İxvan”a düşərli oldu. Misirdə Mübarəkin devrilməsindən sonra keçirilən seçkilərdə hərəkat biri-birinin ardınca qələbələrə imzasını qoydu. “İxvan” elə həmin il liberalların qarşı çıxdığı ana yasa referendumunu ordu ilə birgə dəstəklədi. Sentyabrda isə, seçkilərə yeni siyasi partiya – Azadlıq və Ədalət Partiyası adı altında qatılan hərəkatçılar, 30 milyondan artıq seçicinin səsini alaraq parlamentdəki yerlərin yarısını (508 yerdən 235-ini) əldə etdilər. 2012-ci ildə isə, “Müsəman qardaşlar” öz nümayəndələrini – Muhamməd Mursini prezident olaraq seçdilər (parlamentdəki səslərin 51,73 faizi ilə). Bu isə bütün ərəb dünyasında İsraillə münasibətlərin yenidən kəskinləşə biləcəyi ehtimalını gücləndirməkdə idi.

Misirli rahib Safvət Hicazi “qardaşları” seçkinin nəticələri ilə bağlı təbrik etməsi isə, ümumiyyətlə bütün ərəb və dünya ictimaiyyətinin diqqətini çəkir. Hicazi Qazzənin qanuni dövlət ola bilməsi üçün Mursiyə güvəndiyini açıqladı. Əlavə olaraq da, paytaxtı Qüds olmaqla Birləşmiş Ərəb Dövlətinin yaradılmasını arzu etdiyini də bildirdi. Beləliklə, İsrailə münasibətdə həmişə kəskin mövqeyi ilə seçilən “İxvan” öz prinsiplərinə bu dəfə də sadiq qalacağını dolayısı ilə nümayiş etdirdi və Mursi iqtidarı dönəmində Misir anti-İsrail siyasəti ilə seçildi. Və bununla da Misirdə öz sonunu gətirəcək yeni bir çevrilişə zəmin hazırlamış oldu. 2013-cü ilin iyu ayının 3-də Mursi iqtidarı yeni bir çevrilişlə, bu dəfə hərbçilər tərəfindən hakimiyyətdən salındı, özü, “İxvan” hərəkatının hazırki lideri Muhammed Bedii və rəhbərlikdə təmsil olunan bir çox hərəkatçılar həbs edildilər. “İxvan” isə, siyasi iqtidarı əldən verməmək üçün Misirdə tam gücü ilə özünü göstərməkdədir. Bir aydan çoxdur davam edən ixtişaş və nümayişlərdə, 500-dən artıq insan həyatını itirsə də, “İxvan” hələ də meydandadır. Artıq rəsmi şəkildə Misirdə növbəti dəfə qadağan edilsə də...

Ərəb ölkələrində “İxvan”

Zaman-zaman Yaxın Şərqin bir sıra ölkələrində fərqli adlarla öz təsirlərini göstərirlər.

Bəhreyndə “Müsəlman qardaşlar”, “İslah Hərəkatı” və onun siyasi qanadı olan “Əl-Mənbər” İslam Cəmiyyəti adı altında fəaliyyət göstərir. 2002-ci il parlament seçkilərində Əl-Mənbər təmsilçiləri 40 yerdən səkkizini alaraq, məclisdə ən böyük siyasi partiya oldular. Əsas liderləri dr.Salih Abdurrahman, dr.Salih Covder və hərəkatın sözçüsü Muhammed Halitdir. Partiya iqtisadi problemlərdə hökuməti dəstəkləyib. Lakin iqtidarın müsəlmanlara digər dindən olan insanları “öldürəbilmə” haqqı verdiyində, partiya şiddətlə buna qarşı çıxıb. 2009-cu ildən isə, şiə İslami Aydınlanma Hərəkatı ilə birgə “Müsəlmanlar arasında fərqliliyi ortadan qaldırmağa yardımçı olmaq” adlı illik konfransını təşkil etməkdədir.



1937-ci ildə Suriyada qurulan “İxvan”, fəaliyyətinin ilk on ilində leqal müxalifətin bir parçası idi. 1961-ci il parlament seçkilərində səslərin 5,8 faizini alaraq 10 yer əldə etdi. Lakin 1963-cü il çevrilişindən sonra iqtidara gələn Baas partiyası, “Müsəlman qardaşlar”ın partiyasını qadağan etdi. Bu hadisə isə sekulyarist, pan-ərəb Baas Partiyası ilə sünni cinahın arasındakı qarşıdurmada böyük rol oynadı. 1980-ci ildə qəbul edilən qanuna əsasən, “Müsəlman qardaşlara” üzv yazılmaq qanunla cəzalandırılırdı. Lakin buna rəğmən Hamasla əlaqəli olan “İxvan” liderləri paytaxtda yerləşə bildilər. Qeyd edək ki, bu qanun 2011-ci ildə ləğv edildi. “Qardaşlar”ın 1982-ci ilin fevral ayında Suriyanın Hama şəhərində çıxartdıqları üsyan, Hafiz Əsəd (Suriyanın hazırki məşhur prezidenti Beşşar Əsədin atası) iqtidarı tərəfindən qanlı şəkildə yatırıldı. Minlərlə insan qətlə yetirildi.

Suriyada gedən son qanlı və dramatik mənzərə də hərəkata müəyyən təsirini etdi, təbii ki. “The Washington Post” qəzeti, Əsəd rejiminə qarşı olan “İxvanın”, Suriyada gedən vətəndaş müharibəsi zamanı təkrar canlandığını və sistemini təkrar qurmağa çalışdığını yazır. Bu gün Əsəd rejiminə qarşı silahlı müqavimət göstərən müxalifət düşərgəsində başlıca qruplaşmadan biri də “İxvan” hərəkatıdır. Beşşar Əsəd də, bununla və Misirdə baş verən son hərbi çevrilişlə əlaqədar olaraq, “Ərəblər, dini öz siyasətlərinə alət edən “Müsəlman qardaşlar”ın Misirdə iflasından sonra təkrar özlərinə geri döndülər. “Müsəlman qardaşlar” və bu kimi qruplar dindən maska olaraq istifadə edib avantaj əldə etmək istəyirlər. Əgər onları dəstəkləmirsinizsə, Allahın sizinlə olmayacağını iddia edirlər”, - açıqlamasını verdi.

İordaniyada “İxvan”, 1946-ci ildə quruldu və yerli siyasi səhnədə son dərəcə təsirli və güclü bir aktyor halına gəldi. “Hizb et-Tahrir” kimi bir çox siyasi partiya və hərəkat uzun müddət ərzində qadağan edilərkən, “Müsəlman qardaşlar” ölkə monarxiyası tərəfindən loyal münasibət gördü. İordaniyada hərəkat, “İslami Fəaliyyət Cəbhəsi” adı altında ölkə parlamentində ən çox yer qazanan partiya oldu.

Sudanda “İxvan” hərəkatı 1945-ci ildə quruldu. 1954-cü ildə keçirdikləri qurultaydan sonra hərəkat, ingilislərin Sudandan çıxardılması və Misirlə birləşmək kimi siyasi təlblər irəli sürməyə başladı. Lakin Misirdə Əbdünnasir iqtidarının “İxvan”la bağlı sərt addımlar, Sudandakı “müsəlman qardaşlar”ı birləşməklə bağlı ideyasını, tam müstəqillik tələbiylə əvəz etmələrinə səbəb oldu. Hərəkat böyük nüfuz və tərəfdar qazansalar da, 1958-ci il hərbi çevrilişi nəticəsində bir il sonra fəaliyyəti qadağan edildi. 1964-cü ildə isə “İxvan”ın da dəstəyi ilə yeni bir inqilab baş verdi. Həsən Turabinin rəhbərliyi ilə 1965-ci il parlament seçkilərində uğur qazanaraq, məclisə girdi. 1969-cu il Numeyrinin rəhbərliyi baş verən hərbi çevriliş nəticəsində isə, Turabi başda olmaqla “İxvan” liderlərinin hamısı həbs edildilər. 1971-ci ildə solçuların çevriliş təşəbbüsü, Numeyri ilə “İxvan”ı yaxınlaşdırdı. Nəticədə həbsdəkilər azad olundular, Turabi isə geniş siyasi fəaliyyətə başladı. Az sonra Turabi Ömər əl-Beşir ilə birgə İslam Qurtuluşu Cəbhəsi yaratdılar. 1989-cu ildə “İxvan”ın da müəyyən dəstəyi ilə Cəbhə hakimiyyətə gəldi. Baş nazir əl-Beşir olsa da, Turabi idarəçilikdə ciddi söz və nüfuz sahibi olmaqda davam edirdi. Nəhayət 1999-cu ildə bu ikili arasında da ayrılıq baş verdi. O dövrdən indiyədək ölkəni əl-Beşirin lideri olduğu Milli Konqress Partiyası idarə edir, Turabinin rəhbəri olduğu Xalq Konqresi Hərəkatı isə ona müxalifətdədir.

Ərəb baharının ilk təsir etdiyi ölkə olan Tunisdə də “Müsəlman qardaşlar” öz siyasi güc və iradələrini seçkilərdə tam olaraq ortaya qoydular. 2011-ci seçkilərində hakimiyyətə gələn “Nahda” Hərəkatı, “İxvanın” sözü gedən ərəb ölkəsində siyasi revanşının əsasını qoymuş oldu. 1981-ci ildə “Harakat el-İtticah al-İslami” (İslami Əyilim Hərəkatı) adı ilə qurulmuş, 1989-cu ildə isə bu günki adını “Harakat an-Nahdah” alan hərəkatın Tunis lideri 22 il İngiltərədə mühacirətdə yaşamış olan Rəşid Qannusidir. 1989-cu il seçkilərində Bin Ali iqtidarına qarşı müxalifətdə olan hərəkat, parlament seçkilərində 10-17 faiz arası səs yığsa da, iki il sonra hakimiyyətin təzyiqləri ilə üzləşir. Bin Ali, hərəkatın 25 minə yaxın üzvünü həbs etdirir, hərəkat və rəsmi qəzeti “Əl-Facr” qadağan edilir. Yalnız 2011-ci ilin mart ayının 1-də, “ərəb baharı”nın təsiri ilə hərəkatın təkrar qanuni fəaliyyətinə icazə verilir. 2011-ci ilin oktyabr ayının 24-də keçirilən parlament seçkilərində səslərin 40 faizini əldə edərək 217 yerdən 89-nu qazandılar.

İran böyük əksəriyyəti şiə müsəlmanlarından təşkil edilməsinə, “Müsəlman qardaşların” isə sünni olmasına rəğmən, Olqa Devidson və Muhamməd Mahallatinin də yazdıqları kimi, İslam inqilabı zamanı ikincilərdən xeyli təsirləniblər. Məsələn, İslam Fədailəri Təşkilatının qurucusu Navab Səfəvinin “İxvan”dan yüksək şəkildə təsirləndiyini qeyd etmək olar. 1945-ci ildən 1951-ci ilə qədər fədailər, bir çox İranlı dövlət xadiminə və islamsız düzən qurmağın tərəfdarı olan bir çox fikir adamı və insana sui-qəsd təşkil ediblər. Bunların arasında məşhur anti-türk yazar Əhməd Kəsrəvi, baş nazir Hacı Əli Razmaza, baş nazirin müavini Əbdülhüseyn Nazhir, elm və ədəbiyyat naziri Əhməd Zangenah da var idi. Navab Səfəvi, 1979-cu il inqilabının əsas siması olan Əli Hamaneyinin düşmənlərinə və ona hücum təşkil edənlərə İngiltərədə də sui-qəsdlır düzənləmişdi.

İraqda İslam Partiyası “İxvan” tərəfindən 1960-cı ildə qurulur. Lakin bir çox ərəb ölkələrində olduğu kimi, burada da az müddət sonra- Əbul Kərim Qasım dönəmində, 1961-ci ildə qadağan edilir. 1963-cü ilin fevralında iqtidarda olan Baas rejimi Suriyada olduğu kimi İraqda da hərəkata təzyiqlərini artırır, nəticədə “qardaşlar” gizli fəaliyyətə keçirlər. 2003-cü ildə Səddam Hüseynin devrilməsindən sonra, İslam partiyası əhalinin sünni hissəsinin təməl hüquqlarının müdafiəçisi kimi təkrar siyasi səhnəyə çıxır. Onlar, sərt bir şəkildə ABŞ idarəçiliyinə qarşı çıxmaqla bərabər, mövcud ölkə iqtidarına da münasibətdə də siyasi müxalifəti təşkil edirlər. Partiyanın lideri, baş nazirin keçmiş müavini Tahir əl-Haşimidir.

“İxvan”ın hamisi - Qatar;
“İxvan”ın rəqibi: Səudiyyə Ərəbistanı


Qatar isə “İhvana” tam mənası ilə dəstək verən ən başlıca dövlətdir. Bu ilk növbədə “İhvan”ı Səudiyyə Ərəbistanından gələn radikal Vəhhabiliyə (xəvaric və sələfiliyə) alternativ ciddi islami axın olaraq görmələrindən və eləcə də Birləşmiş Ərəb Əmirliklərinin təzyiqinə qarşı istifadə etmək üçün yararlı olan güclü siyasi alət kimi görmələrindən irəli gəlir. Vurğulamaq lazımdır ki, “İxvan”-Sələfi qarşıdurmasının nəticəsidir ki, Mursu iqtidarl hərbçilər tərəfindən hakimiyyətdən salınarkən yerli sələfilər orduya dəstək verdiklərini gizlətmədilər.

Qatarın “İxvan”la münasibətləri çoxşahəli və hərtərəflidir. Məsələn, dünya media bazarında kifayət qədər ciddi nüfuza malik və söz sahibi olan “Əl Cazirə” kimi televiziya kanalının “Müsəlman qardaşların” ixtiyarına verilməsi bunun ən bariz nümunəsidir. Yaxın Şərq mütəxəssisi Alan Qreşin təbirincə desək, bu gün “Əl Cəzirə” “İxvan”ın vəkilliyini edən bir media orqanına çevrilib. Qatar Mursi iqtidarına da istər maddi, istərsə də social yönümlü dəstəyini əsirgəməyib. Mursi iqtidarı da öz növbəsində Misir bazarında qatarlı iş adamları üçün “münasib şərait” yaratmaqla, təşəkkürünü bildirmiş olub.

Lakin Səudiyyə Ərəbistanı və təbii ki, oradakı hakim ideoloji axın “İxvan”a münasibətdə fərqli mövqedədir. Bu gün “İxvan” Səudiyyə Ərəbistanında rəsmən qadağan edilib. Bu isə ilk növbədə nəinki ərəb, hətta bütünlükdə İslam dünyası üçün öz modelini (vəhhabilik) qəbul etdirməyə çalışan Səudların, “İxvan”da özləri üçün təhlükə görmələri ilə bağlıdır. Rəsmi şəkildə isə, basilica bəhanə kimi Səudiyyə Ərərbistanının “qardaşlar”I, Səddm Hüseynin 1990-cı ildəki Küveyt işğalına səssiz qalmasına görə bağışlamaması göstərilir. Qeyd edək ki, bu faktın özü digər ərəb ölkələrində fərqli olaraq kiçik, lakin son dərəcə zəngin olan Küveytin, “İxvan”la hər zaman məsafəli davranmasının basilica səbəbidir.

2002-ci ildə Səudların şahzadə ailəsinə mənsub olan daxili işlər naziri Nayifin “İxvan”la bağlı dedikləri, münasibətlərin nə dərəcədə pis olmasını göstərən ən bari nümunədir: “Heç bir tərəddüd etmədən onu söyləyə bilərəm ki, problemlərimizin tək səbəbi “Müsəlman qardaşlar”dır”. Hətta Suriya müxalifəti formalaşdırıldığı zaman belə, Səudiyyə Ərəbistanı “İxvan”ın orada yer almasına qarşı kəskin mövqe nümayiş etdirdi. Eyni mənfi münasibəti Birləşmiş Ərəb Əmirlikləri də sərgiləməkdədir. Bu isə “İxvan”ın dəfələrlə Əmirliklərdə bir İslam dövləti quracaqlarını bəyan etmələri ilə bağlıdır.

Ərəb Əmirliklərində “İxvan” üzvü olmaq qeyri-rəsmi şəkildə qadağandır və hərəkatla əlaqədə şübhəli bilinən hər kəs dərhal həbs edilir. Qeyd edək ki, Misir inqilabından sonra BƏƏ 3 milyard dollar həcmində yardım edəcəyini bəyan etsə də, “İxvan”ın seçkilərlə hakiməyyətə gəlməsi nəticəsində bu pul ödənilmədi. Qeyd etmək lazımdır ki, “İxvan” nümayəndələri əllərinə düşən ilk fürsətdə həm Səudiyyə Ərəbistanı, həm də Birləşmiş Ərəb Əmirliklərini ittiham etməkdədirlər. Məsələn, 2012-ci ilin mart ayının 5-də “Əl Cəzirə”də yayınlanan proqramda “İxvan” vaizi və Qatar şöbəsinin rəhbəri Yusuf əl-Karadavi, suriyalı mühacirlərin BƏƏ-dən deportasiya edilməsi səbəbi ilə Allahın qəzəbinə gələcəklərini söyləyib.

1999-cu ildə “İxvan”ın Qatardakı şöbəsi, Əbu Dabiyə bağlılıq haqqında bir qərar çıxartdıqdan və 2003-cü ildə bu qərar tam şəkildə həyata keçirildikdən sonra, bu kiçik şahzadəlik hərəkata dəstəyini əsirgəməməkdədir. Maraqlıdır ki, eyni qərar Birləşmiş Ərərb Əmirliklərində də həyata keçirilməli idi.

Razılaşmaya görə, “İxvan”ı Əmirliklərdə təmsil edən və 1970-ci ildə qurulmuş “əl-İslah” Hərəkatı, siyasi fəaliyyətdən uzaq qalmaq və mərkəzdəki rəhbərə bağlılığına son vermək şərti ilə fəaliyyətinə dava edəcəkdi. Hərəkat nümayəndələri Əmirliyin silahlı qüvvələri içərisində təçkilatlanmağı dayandırmağı və Qatarda olduğu kimi mərkəzə olan bağlılığa son verməyi qəbul etdilər, lakin siyasi fəaliyyəti durdurmaqla bağlı hər hansı söz verilmədi.

Vüqar Zifəroğlu
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti