ABŞ-da koronavirusdan ölənlərin sayı 60 mini keçdi

   ABŞ-da koronavirusdan ölənlərin sayı 60 mini keçdi
  30 Aprel 2020    Oxunub:3933
ABŞ-da koronavirusdan ölənlərin sayı artaraq 60 min nəfəri keçib.
Azvision.az worldometers.info-ya istinadən xəbər verir ki, son sutka ərzində ABŞ-da 1743 nəfər koronavirusdan dünyasını dəyişib, 18 min 401 yeni yoluxma qeydə alınıb.

Bununla da Birləşmiş Ştatlarda pandemiya qurbanlarının sayı 61 minə çatıb. Ölkədə ümumi yoluxma sayı 1 milyon 54 min 166 nəfərdir.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti