​İspaniyada koronavirusdan ölənlərin sayı 24 minə çatır

​İspaniyada koronavirusdan ölənlərin sayı 24 minə çatır
  28 Aprel 2020    Oxunub:2224
İspaniyada son sutka ərzində 301 nəfər koronavirusdan ölüb.
Azvision.az xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, pandemiya qurbanlarının sayı 23 min 822 nəfərdir.

Bundan əlavə, ölkədə virusa yoluxanların sayı 1308 nəfər artaraq 210 min 773-ə çatıb. Onlardan 102 min 548 nəfər xəstəliyə qalib gəlib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İspaniya  





Xəbər lenti