Rusiyada bir gündə 6411 nəfər koronavirusa yoluxdu

Rusiyada bir gündə 6411 nəfər koronavirusa yoluxdu
  28 Aprel 2020    Oxunub:2443
Rusiyada son sutka ərzində 6411 nəfər koronavirusa yoluxub.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölkədə virusa yoluxanların ümumi sayı 93 min 558 nəfərə çatıb.

Pandemiya qurbanlarının sayı isə 72 nəfər artaraq 867-yə yüksəlib. İndiyədək 8456 xəstə sağalaraq evə buraxılıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya  





Xəbər lenti