ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

   ABŞ-da koronavirusa yoluxanların sayı 1 milyonu ötdü
  28 Aprel 2020    Oxunub:4199
ABŞ-da son sutka ərzində 15 min 803 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bununla da Birləşmiş Ştatlarda virusa yoluxma sayı artaraq 1 milyon 2963 nəfərə çatıb.

Son sutkada 974 ölüm faktı qeydə alınıb. Pandemiya qurbanlarının ümumi sayı 56 min 387 nəfərdir.

Qeyd edək ki, ABŞ koronavirusa yoluxma və ölüm sayına görə dünyada birinci yerdədir.

Azvision.az


Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti