Dünyada koronavirusdan ölənlərin sayı 210 mini keçdi

   Dünyada koronavirusdan ölənlərin sayı 210 mini keçdi
  28 Aprel 2020    Oxunub:3442
Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 45 min 822 nəfərə çatıb.
Azvision.az "Worldometers"-ə istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 210 min 379 nəfərdir. İndiyədək 916 min 374 nəfər xəstəlikdən sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkədə qeydə alınıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti