Böyük bir sistemdə zərrəyik - VİDEO

Böyük bir sistemdə zərrəyik - VİDEO
  03 Yanvar 2014    Oxunub:6387
Sözsüz ki, hər kəs həyatında bir dəfə də olsa dünya möcüzələrinin siyahısına rast gəlib. Bunlardan ən yüksək dağ , uzun çay , dünyanın ən quraq və rütubətli yeri haqqında həqiqətən də təəcüb doğurası rəqəmlərə rast gəlmək olar. Lakin bu rəqəmlər kosmik obyektlərin ölçüsü ilə müqayisədə bir zərrədi desək yanılmarıq. İndi biz məhz bu obyektləri nəzərdən keçirəcəyik. Videoya baxdıqdan sonra insanın nəhəng bir sistemin zərrəsi olduğu tam şəkildə isbat edilir.

Merkuri bizim qalaktikanın ən balaca planetidir. Planetin radiusu 2439,7 + 1,0 km. təşkil edir. Sahəsi isə yerin sahəsinin 0,147 hissəsidir.

Mars Merkkurini böyüklüyünə görə üstələyir. Planetin kütləsi yerin kütləsinin 10,7 faizin təşkil edir. Həcmi isə yerin 0,15 faiz həcmin təşkil edir.

Göstəricilərinə görə yerə ən yaxın planet isə Veneradır. Veneranın həcmi yerin 0,857 həcminə bərabərdir.

Bizim yaşadığımız yer planeti Merkuri planetindən sonra siyahıda dördüncüdür.

Sonra yerin kütləsindən 17,2 dəfə böyük olan Neptun planeti gəlir.

Siyahıda növbəti yerində Neptundan bir az böyük olan Uran planeti gəlir.

Yupiter, Neptun və Uranla birgə qaz nəhəngi sayılan Saturn 57316 + 7 km radiusa malikdir. Planetin kütləsi isə 5,6846 х 1026 kq. təşkil edir.

Günəş sisteminin ən böyük planeti Yupiterdir. Bu da bir qaz nəhəngi kimi 69173 + 7 km. radiusa malikdir və 1,8986 х 1027 kq. kütləsi var.

Sistemin yeganə ulduzu olan Günəş bütün sadalananların təşkil etdiyi sistemin ümumi kütləsinin 99,866 faizin təşkil edir. Bu nəhəngin kütləsi təkcə yerin kütləsini 333 min dəfə üstələyir. Günəşin diametri yerin 109 diametrinə bərabərdir. Həcmi isə 1 303 600 min qədər yerin həcminə bərabərdir.

Siyahını oxumağa davam etsəz daha maraqlı rəqəmlərə rast gələcəksiz. Gecə ulduzlara baxanda ən böyük görə biləcəyiniz bir ulduz Sirius Böyük İt bürcündə yerləşir. Ulduzu dünyanın istənilən yerindən görmək mümkündür. Sirius bizim günəşdən 2 dəfə böyükdür.

Arktur – Ən parlaq ulduzlardan biridir. Kifayətdir ki, siz başınızı qaldırın və gecə səmasına baxın, onda parlaqlığına görə 2-ci olan bu ulduzu mütləq görəcəksiniz.

Aldebaran – Buğa bürcünün ən parlaq ulduzu Günəşin kütləsinin 2,5 nə bərabərdir. Radiusu isə 38 günəş radiusu qəfər.

Daha sonra Rigel gəlir. O Orion bürcünün ən parlaq ulduzudur. Rigel bizim günəşdən 870 işıq ili məsafədə yerləşir. Rigel 68 dəfə bizim günəşdən böyükdür, parlaqlığı isə 85 min dəfə Günəşin parlaqlığın ötür. Rigel qalaktikanın ən güclü ulduzları sırasındadır. Kütləsi 17, radiusu isə 70 Günəş radiusuna bərabərdir.

Antares – ulduzu Oxatan bürcünün ən parlaq ulduzu sayılır. Bu qırmızı nəhəng 600 işıq ili məsafədə yerləşərək, günəşdən 10 min dəfə çox işıq saçır. Ulduzun kütləsi 15-16 Günəşi kütləsinə bərabərdir. Belə nəhəng miqyaslı və az kütləli olduğu üçün ulduzun sıxlığı çox aşağıdır.

Nəhayət Betilqeyze - Orion bürcündə yerləşən bu ulduz da təqribən 500-600 işıq ili məsafədə yerləşir. Ulduzun diametri günəşin deametrindən təqribən min dəfə çoxdur. Çəkisi 20 günəş kütləsinə bərabərdir. Bu ulduzda biz bildiyimiz günəşdən 10 min dəfə daha güclü işıq saçır.




Teqlər:





Xəbər lenti