Məhbuslar ödənişsiz psixoloji yardım alacaqlar

Məhbuslar ödənişsiz psixoloji yardım alacaqlar
  09 Aprel 2020    Oxunub:2451
Nazirlər Kabineti “Həbs yerlərinin daxili intizam qaydalarının təsdiq edilməsi barədə” qərarda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, həbs edilmiş şəxslər “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ödənişsiz psixoloji yardım alacaqlar.

Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardımın göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 aprel tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş “Tutulmuş və ya həbs edilmiş şəxslərə tibbi yardım göstərilməsi, habelə onların tibb müəssisələrində saxlanılması Qaydaları”na uyğun həyata keçirilir.

Azvision.az


Teqlər: Nazirlər-Kabineti   Qərar  





Xəbər lenti