Azərbaycanda 32 nəfər koronavirusdan sağalıb

  03 Aprel 2020    Oxunub : 17239
 Azərbaycanda 32 nəfər koronavirusdan sağalıb
Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş daha 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azvision.az -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş xəstələrdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə isə Azərbaycanda koronavirusa yoluxmuş 32 nəfər müalicə olunaraq sağalıb.

Azvision.az

Teqlər: Qərargah   Koronavirus