Aprel qələbəsindən 4 il ötür

  01 Aprel 2020    Oxunub : 2631
 Aprel qələbəsindən 4 il ötür
Azərbaycan Ordusunun işğalçı Ermənistan üzərində qazandığı şanlı aprel qələbəsindən 4 il ötür.
Azvision.az xəbər verir ki, 2016-cı ilin aprelin 1-dən 5-dək davam edən 4 günlük döyüşlərdə Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri bir sıra strateji mövqeləri, o cümlədən, Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən Lələ Təpə yüksəkliyini işğaldan azad edib.

Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, düşmənin 320 hərbçisi öldürülüb, 500-dən artıq hərbçisi isə yaralanıb.

Ümumilikdə aprel döyüşlərinin yekunu olaraq Azərbaycan Ordusu tərəfindən 2000 hektardan artıq ərazi erməni işğalından azad edilib və bununla da böyük qələbənin təməli qoyulub.

Anar Kəlbiyev
Azvision.az

Teqlər: Aprel-Döyüşləri