Naxçıvanda koronavirusla mübarizə üçün xəzinə hesabı açıldı

  25 Mart 2020    Oxunub : 926
Naxçıvanda koronavirusla mübarizə üçün xəzinə hesabı açıldı
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 24 mart 2020-ci il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, “Fondun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilib.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Koronavirusla Mübarizəyə Dəstək Fondu üçün Nazirliyin mərkəzi xəzinədarlığında hesab açılıb.

Açılmış xəzinə hesabının rekvizitləri aşağıdakı kimidir:

Hesabın adı : Koronavirusla Mübarizəyə Dəstək Fondu

Vəsaiti alan: Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi

VÖEN : 0200003621

Hesabın №-si : AZ21NABZ12360100000000005944


Bankın adı: Mərkəzi Bankın Naxçıvan MR İdarəsi

Bankın Kodu : 502906

Muxbir hesab : AZ88NABZ01451700000000012944

Bankın VÖEN-i : 0200087741

SWIFT BIK : NABZAZ2C


Azvision.az

Teqlər: Naxçıvan   Fond