Təhsil Nazirliyindən universitetlərə təklif

Təhsil Nazirliyindən universitetlərə təklif
  18 Mart 2020    Oxunub:3320
Təhsil Nazirliyi universitetlərə təkliflə müraciət edib.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, tədris prosesinin dayandırıldığı müddət ərzində təhsilalanlara təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədilə ali təhsil müəssisələrinə “Microsoft Teams” platformasından istifadəni təklif edir.

“Microsoft Teams” platforması ali təhsil müəssisələri üçün aşağıdakı imkanları yaradır:

Videobağlantı vasitəsilə məsafədən təhsil vermə;

Müəllim-tələbə müzakirəsini təşkil etmək üçün interaktiv alətlərdən istifadə;

Sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsi;

Böyük həcmli materialların yerləşdirilməsi;

Təqvim aləti vasitəsilə dərslərin və onlayn mühazirələrin planlaşdırılması;

Qiymətləndirmənin aparılması alətlərində istifadə;

Qrup işinin təşkili.

“Microsoft Teams” platformasında bütün ali təhsil müəssisələri üçün domenlər yaradılıb.

"Məlumat üçün bildiririk ki, Təhsil Nazirliyi ilə “Microsoft” şirkəti arasında əməkdaşlıq çərçivəsində ötən dövr ərzində ölkəmizin bir sıra ali təhsil müəssisələri (ADA Universiteti, Azərbaycan-Fransız Universiteti (UFAZ), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və s.) artıq bu platformaya qoşularaq təlim-tədris prosesinin məsafədən təşkilini təmin ediblər. Göstərilən platformadan istifadə təhsil müəssisələri üçün ödənişizdir.

Eyni zamanda bildiririk ki, ölkəmizdə eyni ixtisas üzrə bir neçə ali təhsil müəssisəsində kadr hazırlığının aparıldığını nəzərə alaraq elektron resursları məhdud olan ali təhsil müəssisələri elektron resursları olan digər ali təhsil müəssisələrinin imkanlarından istifadə edə bilərlər", - nazirlikdən bildirilib

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti