“Ən soyuq gün fevralın 11-də müşahidə olunub” - Umayra Tağıyeva

  14 Mart 2020    Oxunub : 1387
 “Ən soyuq gün fevralın 11-də müşahidə olunub” - Umayra Tağıyeva
Fevral ayında hava şəraiti nisbətən sabit, küləkli keçib. Ay ərzində paytaxtda ən isti gün fevralın 7-də, ən soyuq gün isə fevralın 11-də müşahidə olunub. Belə ki, həmin günlərdə Bakıda havanın temperaturu müvafiq olaraq 25° isti və 2° şaxta olub.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva jurnalistlərə açıqlamasında bildirib.

“Fevralın 7-də Bakıda havanın orta sutkalıq temperaturu iqlim normasından 17.3° yüksək olub. Fevralın 4, 6 və 7-də Bakıda anomal isti hava şəraiti müşahidə edilib. Həmin günlər bütün müşahidələrə görə ən yüksək temperatur göstəriciləri qeydə alınıb - 17°, 21°, 25° isti.

Fevralda ölkə ərazisində yağıntılar qeyri-bərabər paylanıb. Bakıda və Abşeron yarımadası üzrə 18-83, Yuxarı-Qarabağ zonasında 48-64, Qazax-Gəncə zonasında 4-9, Ağdamda 42, Lənkəran-Astara zonasında 68-132, Böyük Qafqazda 42-159, Mərkəzi Aran zonasında 1-119 faiz təşkil edib”, - deyə U.Tağıyeva qeyd edib.

Azvision.az

Teqlər: ETSN   Hava