Teledərslər daha bir kanalda yayımlanacaq

Teledərslər daha bir kanalda yayımlanacaq
  13 Mart 2020    Oxunub:3250
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin yayımı davam etdirilir.
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, martın 11-dən start verilən teledərslər həftənin 5 günü saat 10:00-dan 16:00-dək “Mədəniyyət” kanalında, saat 14:00-dan isə “ARB Günəş” kanalında yayımlanır.

Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur. Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.

“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər bu imkanı Təhsil Nazirliyinin elektron resursları ilə qazana bilərlər. 11, 12 və 13 mart tarixlərində artıq yayımlanmış dərslərin videolarına müvafiq link vasitəsilə (https://www.youtube.com/playlist?list=PLmurSRyhshyjqi21ah3rK20osuCC7D2f2), eyni zamanda da Təhsil Nazirliyinin videodərslər portalından ( https://video.edu.az/) baxa bilərsiniz.

Azvision.az


Teqlər: Təhsil  





Xəbər lenti