2540 müəllim elektron ərizəsini təsdiqləyib

2540 müəllim elektron ərizəsini təsdiqləyib
  10 Mart 2020    Oxunub:2823
Ümumi təhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması müsabiqəsinə elektron qeydiyyat başa çatıb.
Elektron sənəd qəbulu prosesində 2 min 971 namizəd qeydiyyatdan keçib, onlardan 2 min 540 namizəd elektron ərizəsini təsdiqləyib.

Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra müvafiq məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, müsabiqədə 2018-2019-cu və 2019-2020-ci tədris illər üzrə müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplamış, pedaqoji istiqamətlər üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edirlər.

Azvision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti