AMEA-nın magistrantları elmi tədqiqat təcrübəsi keçirlər

AMEA-nın magistrantları elmi tədqiqat təcrübəsi keçirlər
  03 Mart 2020    Oxunub:2697
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin 2020-ci il 31 yanvar tarixli sərəncamına əsasən, akademiyanın II kurs magistrantları təhsil proqramının əsas tərkib hissəsi olan elmi tədqiqat təcrübəsinə başlayıblar.
AMEA-dan Azvision.az -a bildirilib ki, təcrübə müddətində magistrantlar elmi tədqiqat işlərinin yerinə yetirilməsinin əsas yolları, dissertasiya işi üçün eksperimental xarakterli materialların toplanması, elmi-analitik informasiyalarla işləmək və eksperimental təcrübələrin aparılması istiqamətində praktiki biliklər əldə edirlər.

Təcrübədə 19 ixtisas, 48 ixtisaslaşma üzrə 67 magistrant iştirak edir. Elmi tədqiqat təcrübəsi bitdikdən sonra isə magistrantlar elmi-pedaqoji təcrübə keçəcəklər.

Azvision.az



Teqlər: AMEA   Magistr  





Xəbər lenti