Səfirlikdən koronavirusa yoluxmuş şəxslə bağlı ilk açıqlama - AUDİO

Səfirlikdən koronavirusa yoluxmuş şəxslə bağlı ilk açıqlama -  AUDİO
  28 Fevral 2020    Oxunub:4103
Rusiya səfirliyi Azərbaycanda koronavirus diaqnozu qoyulan şəxsə kömək edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin mətbuat attaşesi Alina Zolotareva bildirib.

"Azərbaycan tərəfi bu şəxsin Rusiya vətəndaşı olduğunu təsdiqləyib. Biz Azərbaycan tərəfi ilə əlaqə saxlayırıq və zərurət yarandığı halda hər bir vətəndaşımız kimi, ona da kömək edəcəyik", - diplomat deyib.



Qeyd edək ki, bu gün Nazirlər Kabinetinin yanında operativ qərargah Azərbaycanda ilk koronavirus (COVİD - 19) infeksiyasına yoluxma faktının qeydə alındığını təsdiq edib. Xəstələnən şəxs Rusiya Federasiyasının vətəndaşıdır. İran İslam Respublikasından Azərbaycana daxil olarkən onda xəstəliyin əlamətləri müəyyən olunub, həmin şəxs xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Səfirlik  





Xəbər lenti