Tokio-2020 ilə bağlı memorandum imzalandı - FOTOLAR

Tokio-2020 ilə bağlı memorandum imzalandı -  FOTOLAR
  28 Fevral 2020    Oxunub:3401
28 fevral 2020-ci il tarixində Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və tərəfdaşları arasında "Tokio-2020" Olimpiya və Paralimpiya Oyunları çərçivəsində əməkdaşlığa dair memorandumların imzalanma mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, respublikanın idman ictimaiyyətinin tanınmış simaları, tərəfdaşlar və media mənsubları iştirak ediblər.



İmzalama mərasimində çıxış edən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının XXXII Yay Olimpiya Oyunlarına və XVI Yay Paralimpiya Oyunlarına hazırlığının və Oyunlarda iştirakının təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamın mühüm idman tədbirinə hazırlığa verilən əhəmiyyətin və dəstəyin göstəricisi kimi qiymətləndirib.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə bu əməkdaşlığın Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq idman və Olimpizrnin təbliğatını daha da geniş miqyasda həyata keçirməyə imkan verəcəyini də xüsusi olaraq vurğulayıb.



Əməkdaşlığa dair memorandumları Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse- prezidenti Çingiz Hüseynzadə, "Azercell Telekom" Məhdud Məsuliyyətli Cəmiyyətin prezidenti Vahid Mürsəliyev, "Toyota Qafqaz MMC"nin direktoru Rəşad Saracov və "GO Sport" brendinin rəsmi təmsilçisi - "Blue Planet Distribution MMC" nin direktoru Şəbinə Qazı-zadə imzalayıblar.



İmzalanmış sənədlərə əsasən, hər üç tərəfdaş şirkət 2 il ərzində - 2021-ci ilin sonunadək Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Milli Olimpiya Komandasının məğrur tərəfdaşları kimi çıxış edəcəklər.

Olimpiya Oyunları dünyanın bütün dövlətlərinin diqqət mərkəzində olan ən mühüm və möhtəşəm idman tədbiridir. XXXII Tokio Yay Olimpiya Oyunları 24 iyul - 9 avqust 2020-ci il tarixində keçiriləcək.



Azvision.az


Teqlər: MOİK   Memorandum  





Xəbər lenti