Avroliqada növbəti mərhələyə adlayan klublar - SİYAHI

Avroliqada növbəti mərhələyə adlayan klublar -  SİYAHI
  28 Fevral 2020    Oxunub:2015
UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab görüşləri çərçivəsində daha 14 oyun keçirilib.
Azvision.az xəbər verir ki, bununla da "Reyncers"in ardınca növbəti mərhələyə adlayan 14 komandanın adı məlum olub.

Beləliklə, “Roma” (İtaliya), “Volfsburq” (Almaniya), LASK (Avstriya), “Bazel” (İsveçrə), “Bayer” (Almaniya), “Vulverhempton” (İngiltərə), “Başakşəhər” (Türkiyə), “Şaxtyor” (Ukrayna), “İnter” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Olimpiakos” (Yunanıstan), “Sevilya” (İspaniya), “Xetafe” (İspaniya), "Reyncers" (Şotlandiya) mübarizəni 1/8 final mərhələsində davam etdirəcək.

“Zalsburq” (Avstriya) - “Ayntraxt” (Almaniya) oyunu isə fırtına səbəbindən təxirə salınıb. Fevralın 28-də keçiriləcək görüş Bakı vaxtı ilə 21:00-da başlayacaq. Bu komandalar arasında ilk matçda almanlar 4:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması fevralın 28-də, oyunları isə martın 12-də və 19-da keçiriləcək.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Avroliqa  





Xəbər lenti