Yığmamız böyük hesabla məğlub oldu

Yığmamız böyük hesabla məğlub oldu
  23 Fevral 2020    Oxunub:2495
17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandası UEFA İnkişaf turnirində bu gün növbəti oyununu keçirib.
Azvision.az xəbər verir ki, Maltanın Ta’Qali şəhərindəki Centenary stadionunda Şotlandiya yığması ilə qarşılaşan Azərbaycan millisi məğlub olub – 0:7.

Qeyd edək ki, komandamız qrupda son oyununu fevralın 26-da, saat 16:30-da Malta futbolçularına qarşı keçirəcək.

Azvision.az


Teqlər: AFFA   Milli  





Xəbər lenti